Tezisin təqdim edilməsi
Simpozium üçün tezis yazma qaydaları ilə tanış olmaq üçün buraya klikləyin: Tezis Şablonu
Tezisləriniz Elmi Komitə tərəfindən əvvəlcədən qiymətləndirildikdən sonra qəbul ediləcəkdir.
Beynəlxalq Bitki Genetik Ehtiyatları Simpoziumu üçün qəbul edilmiş bütün tezislər Simpoziumun Materialları Kitabında dərc ediləcəkdir.
Tam məqalələr
Simpozium iştirakçıları “AR ETN Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri” elmi jurnalında tam məqalələrini dərc etdirmək imkanı əldə edəcəklər. Jurnal AGRIS bazasında indeksləşdirilir.
Tam məqalələrin nəşri ilə bağlı qərar “AR ETN Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri” jurnalının Redaksiya Heyəti tərəfindən rəyçi qiymətləndirməsi tamamlandıqdan sonra veriləcəkdir. “AR ETN Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri” məqalə nəşri üçün heç bir ödəniş tələb etmir.
Simpozium üçün tam məqalə şablonuna baxmaq üçün buraya klikləyin: Məqalə Şablonu