• ANA SƏHİFƏ
  • SİMPOZİUM HAQQINDA
    • Dəvət mətni
    • Mirza GÖKGÖL
    • Mövzu sahələri
    • Mühüm tarixlər
    • Qeydiyyat və Yaşayış
  • KOMİTƏLƏR
    • Fəxri komitə
    • Təşkilat komitəsi
    • Elmi komitə
  • BİZ KİMİK
  • ƏLAQƏ
  • MƏRUZƏ GÖNDƏR
  • YAZI QAYDALARI
    • Xülasə Qaydaları
    • Təqdimat Qaydaları
  •   tr
  •   en
  1. Ev
  2. Dəvət mətni

Dəvət mətni

Hörmətli Elm Adamları,

 

19–22 avqust 2025-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin (TAGEM) nəzdində fəaliyyət göstərən Egey Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunun (ETAE) birgə təşkilatçılığı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Aqrar Universitetinin və Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ev sahibliyi ilə Gəncə şəhərində keçiriləcək 2-ci Mirzə GÖKGÖL Beynəlxalq Bitki Genetik Ehtiyatları Simpoziumuna Sizləri dəvət etməkdən şərəf duyuruq.

Simpoziumun məqsədi ərzaq və kənd təsərrüfatı üçün bitki genetik ehtiyatları — yerli sortlar, əcdad toxumlar, becərilən bitki növləri, onların yabanı əcdad və qohumları, iqtisadi potensiala malik yabanı növlərin toplanması, taksonomiyası, mühafizəsi, idarəolunması, dayanıqlı istifadəsi və qiymətləndirilməsi sahəsində çalışan, dünyanın müxtəlif ölkələrini təmsil edən alim və mütəxəssisləri bir araya gətirmək, elmi işlərin təqdim edilməsi, bilik və təcrübə mübadiləsi aparılması və əməkdaşlıqların gücləndirilməsi üçün bir platforma yaratmaqdır.

Böyük Nizami Gəncəvinin vətəni, qədim türk yurdu Gəncə şəhərində keçiriləcək 2-ci Mirza GÖKGÖL Beynəlxalq Bitki Genetik Ehtiyatları Simpoziumunda görüşmək ümidi ilə.

 

Hörmətlə,

Simpozium Təşkilat Komitəsi adından

Professor Zeynal Əkpərov

Simpozium Sədri


26.05.2025 / 77 dəfə oxundu.
Ev / İstifadə Şərtləri / Məxfilik Siyasəti / Cookie-lərdən istifadə
Copyrights © 2012 - 2025 Congress Management System™ Bütün hüquqlar qorunur.